İdxal prosedurları zamanı xərcin müəyyən edilməsi, bu sahədə işin təkmilləşdirilməsi və yeni potensialın yaradılması. (Balıq və quş yeminin idxalı misalında)
Bu tədqiqatın mövzusu İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən 2011-ci ildə keçirdiyi “İdxal prosedurları zamanı xərcin müəyyən edilməsi” layihəsi çərçivəsində müəyyənləşdirilmiş və tədqiqat qrupuna tapşırılmışdır. Bu tədqiqatın məqsədi quş və balıq yemi idxalı timsalında idxal prosedurlarında inzibati baryerləri yaradan mərhələləri müəyyən etmək və onun təsirlərini qiymətləndirməkdir. Tədqiqatın qarşısında duran əsas vəzifə - idxal prosesinin tədqiqi nəticəsində tapıntıları qiymətləndirmək və beynəlxalq təcrübəyə əsaslanaraq təkliflər paketi hazırlamaqdır. Metodologiya. Tədqiqatın metodoloji əsaslarına yem idxalı ilə məşğul olan sahibkarlarla, aidiyyəti dövlət qurumlarla sorğular keçirilib, məlumat bazasını yaratmaq. İnzibati xərcləri müəyyən etmək məqsədilə aşağıdaki düsturdan istifadə edib, xərcləri müəyyən etmək: İnzibati xərclər = C x P C = (H x S) + (A + E) H – Şirkət təfindən sərf olunan vaxt (saatla) S – Orta əmək haqqı (1 saata düşən) A – Rəsmi ödənişlər və vergilər E – Qeyri-rəsmi ödənişlər