“Elektron bələdiyyə inkişaf konsepsiyası”
Bələdiyyələrin elektronlaşması hesabatlılıq, şəffaflıq və yerli özünü idarəetmədə ictimai iştirakçılığı təmin edəcək əsas şərtlərdən sayılır. Bundan əlavə elektronlaşma ilə bələdiyyələrin ön və arxa ofislərinini işinin təkmilləşməsi, səmərəliliyin artırılması və insan amilinini minimuma endirilməsi mümkündür. Tədqiqatlar göstərir ki, elektronbələdiyyə aşağıdakı funksiyaları əhatə edir:
1) Elektron-təşkilat: bələdiyyənin daxili idarəetməsində effektivlik və səmərəlilik;
2)Elektron-servis: xidmətlərin həyata keçirilməsi zamanı (xarici) effektivlik;
3) Elektron -partnyorluq: ictimaiyyət və biznes sektoru ilə işləyərkən effektivlik;
4) Elektron -demokratiya: əhalinin qərar qəbuluetmə prosesində iştirakı.