“Özünədəstək” - Birdəfəlik ünvanlı dövlət sosial yardımı Proqramının səmərəliliyinin qiymətləndirilməsi
Siyasət sənədində aztəminatlı ailələrin cəmiyyətə adaptasiya olunması məqsədi ilə inkişaf etmiş Avropa ölkələrinin və ABŞ-ın həyata keçirdiyi sosial reabilitasiya tədbirlərinin təcrübəsi nəzərdən keçirilib. Xüsusilə, Azərbaycanda icra olunan “Özünədəstək” birdəfəlik sosial yardım proqramına oxşar texnologiyanı həyata keçirmiş Rusiya təcürbəsi araşdırılıb. Hazırda ölkəmizdə pilot layihə şəklində 13 rayonda 271 ailəni əhatə edən “Özünədəstəy”in prinsipləri, funksiyaları, meyarları, bu texnologiyadan gözlənilən nəticələr geniş şəkildə əhatə olunub. Sənəddə “Özünədəstək” texnologiyasının səmərəliliyinin qiymətləndirilməsi məqsədilə Xaçmaz rayonunun 22 kəndində 31 ailə arasında və Bakının Nizami rayonunda 20 ailə arasında keçirilmiş monitorinqin nəticələri də əks etdirilib.
Hesabatı yükləmək üçün tıklayın.