Azərbaycanın pambıq tarlalarında insan hüquqlarının vəziyyətinə dair MONİTORİNQ HESABATI (Monitorinq dövrü: 1 oktyabr 2018-ci il-30 yanvar 2019)
İqtisadi Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanmış Azərbaycanın pambıq tarlalarında insan hüquqlarının vəziyyətinə dair Monitorinq Hesabatında Azərbaycanda pambıq istehsalının mövcud inkişaf mexanizmi, pambıqçılıq sahəsində mövcud dövlət siyasəti qısa şəkildə nəzərdən keçirilmişdir.
Sənəddə pambıq tarlalarında insan hüquqlarına əməl olunması səviyyəsi 1 oktyabr 2018- 30 yanvar 2019-cu il aralığında pambıqçılıq üzrə ixtisalaşmış 7 rayonda (Salyan, Hacıqabul, Sabirabad, Saatlı, İmişli, Beyləqan və Füzuli) toplanmış faktlar və məlumatlar – pambıq yığımı dövründə yerlərdən alınmış səhih məlumatlar, çəkilmiş video görüntülər, foto faktlar, fermerlər, məcburən pambıq yığımına cəlb edilmiş büdcə təşkilatılarının işçiləri və könüllü şəkildə pambıq yığanlar arasında aparılmış sorğunun nəticələri, adı çəkilən rayonlarda həyata keçirilmiş monitorinq və müşahidələr – əsasında qiymətləndirilmişdir...
Hesabatı yükləmək üçün tıklayın.