COVID -19 pandemiyasının aqrar sektora təsirlərinin qiymətləndirilməsi
Tədqiqat hesabatında pandemiyanın makroiqtisadi səviyyədə və aqrar sektorda buraxdığı izlər və təsirləri araşdırılıb, onların gələcək dövr üçün yaratdığı qısa, orta və uzunmüddətli çətinliklər qiymətləndirilərək, siyasət təklifləri hazırlanıb.
Tədqiqat zamanı aqrar sektorda pandemiyadan təsirlənən tədarük, təchizat və tədavül zəncirlərində itirilmiş dəyər ayrıca öyrənilib, baş verənlərin kənd təsərrüfatı istehsalçılarına, xüsusilə ailə kəndli təsərrüfatlarına, aqrar sektorda fəaliyyət göstərən mikro və kişik təsərrüfatlara təsirləri qiymətləndirilib. Bu məqsədlə ststistik göstəricilərin və hesabat məlumatlarının təhlili ilə yanaşı, empirik tədqiqat üsullarından da istifadə olunub.
Hesabatın tam variantının yükləyin