İTM Şəkidə və Gəncədə vətəndaş cəmiyyəti mövzusunda ictimai müzakirələr təşkil edib.
İqtisadi Tədqiqatlar Mərkəzi Açıq Cəmiyyət İnstitutunun Budapeşt ofisinin və Alman Marşal Fondunun maliyyə dəstəyi ilə həyata keçirdiyi “Vətəndaş cəmiyyətinin gücləndirilməsi” layihəsi çərçivəsində hazırladığı “Azərbaycanda vətəndaş çəmiyyəti: dəyişikliklər üçün Milli Gündəlik” sənədinin təqdimatını 09 avqust 2012-ci ildə Şəki, 10 avqust 2012-ci ildə Gəncə şəhərlərində yerli QHT-lər üçün təqdimatını keçirmişdir.
Avqustun 9-da Şəkidə “Uluçay” Sosial-İqtisadi İnkişaf Mərkəzinin konfrans zalında keçirilən tədqimat mərasimində bölgədə fəaliyyət göstərən 10-dək yerli QHT-lərin liderləri iştirak edib. Müzakirə zamanı layihənin əlaqələndicisi Qubad İbadoğıunun təqdimatında “Azərbaycanda vətəndaş cəmiyyətinin hazirkı durumu” və “Azərbaycanda vətəndaş cəmiyyəti: dəyişiklik üçün Milli Gündəlik” dinlənilib. Hər iki təqdimatdan sonra Milli Gündəliyin bölmələr üzrə müzakirəsi olub. Müzakirələr zamanı çıxış edənlər Şəkidə 42 QHT-nin dövlət qeydiyyatından keçməsinə baxmayaraq, onlardan 30-dan çoxunun fəaliyyət göstərməməsindən narahatlıqlarını ifadə ediblər. Eyni zamanda fəaliyyət göstərən QHT-lər regionlara donorların az diqqət yetirməsindən gileyləniblər. Bununla yanaşı, yerli QHT-lərin dövlət qeydiyyatının sadələşdirilməsi ilə bərabər onların yalnız Bakıda deyil, həmçinin regionlarda da qeydiyyatı üçün infrastrukturun yaradılması, qrant müqavilələrinin qeydiyyatı məqsədilə müqavilənin surətinin notarial qaydada təsdiq edilməsi prosedurunun aradan qaldırılması, maliyyə nazirliyinə tədqim edilən hesabat formalarının sadələşdirilməsi, QHT-lərin layihə təkliflərinə müəlliflik hüququnun təminatı kimi təşəbbüslər irəli sürüblər. Müzakiərlər zamanı yerli QHT-lərin təkliflərinin Milli Gündəliyə daxil edilməsi qərara alınıb.
Avqutun 10-da Gənəcə şəhərində “Kamil vətəndaş” İctimai Birliyinin konfransında keçirilən anoloji toplantıya 15-dək yerli QHT nümayəndəsi qatılıb. Şəkidə olduğu kimi, Gəncədə də tədbir eyni gündəlik üzrə təşkil olunub. Burda da Milli Gündəliyinin ictimai müzakirəsi zamanı yerli QHT-lərin bəzi qeydləri nəzərə alınıb. Əsasən elektron sənəd dövriyyəsinin genişlənməsinə və on-line xidmətlərin tətbiqinə yönələn təkliflərlə çıxış edən yerli QHT-lər qrant qeydiyyatının, QHT-lərə dəstək şurasının və digər donorların həyata keçirdiyi qrant müsabiqəsinə ərizələrin təqdimatının on-line rejimdə aparılmasını təklif ediblər. Həmin təkliflər böyük əksəriyyət tərəfindən dəstəklənərək, Milli Gündəliyin yeni redaksiyasına daxil edilib.
Regionlarda üzə-üzbəüz təşkil olunan müzakirələrlə yanaşı, yerli QHT ekspertlərinin iştirakı ilə regional TV-lərdə televeiziya verilişləri təşkil olunub. Belə ki, avqustun 15-də Azərbaycanda vətəndaş cəmiyyətinin hazırkı durumu mövzusunda Yevlaxın ELTV kanalının “İndiki zaman” verilişində çəkiliş aparılıb. Verilişdə layihə rəhbəri, İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu, İqtisadi Təşəbbüslərə yardım mərkəzinin sədri Azər Mehtiyev, Mili Büdcə Qrupunun kordinatoru Qalib Abbaszadənin və Mingəçevir şəhərində fəaliyyət göstərən "Mingəçevir Valideynlər Assosiasiyası" İctimai Birliyinin rəhbəri Fərman Nəbiyev ekspert qismində iştirak ediblər. Avqustun 16-da layihə çərçivəsində növbəti veriliş Kəpəz televeziyasının “Femida” proqramında çəkilişib. Bu verilişdə layihə rəhbəri, İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu, İqtisadi Təşəbbüslərə yardım mərkəzinin sədri Azər Mehtiyev və Gəncədən olan yerli QHT liderlərindən - “Kamil vətəndaş” İctimai Birliyinin sədri Həsən Hüseynli, Avrasiya Əməkdaşlıq Fondunun Gənclər proqramının əlaqələndiricisi Günay Zeynalova iştirak ediblər. Avqustun 17-də növbəti çəkiliş Şəki şəhərində STV kanalında “Sosial həyat” verilişində aparılıb. Verilişdə layihə rəhbəri, İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu, İqtisadi Təşəbbüslərə yardım mərkəzinin sədri Azər Mehtiyev, Şəkidə fəaliyyət göstərən “Balans” İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Mohübbəli Nağiyev və “Şəffaflıq Azərbaycan” təşkilatının Şəki nümayəndəliyinin hüquqşünası Nigar Məmmədova iştirak ediblər. Şəkidə çəkiliş auditoriyanın iştirakı ilə canlı olaraq apaılıb və bu zaman çəkilişdə iştirak edən yerli QHT liderlərindən daxil olan suallar da cavablandırılıb.
İTM İctimaiyyətlə əlaqələr departamenti