Qubad Ibadoğlu Türkiyənin fondlarında görüşlər keçirilib
Iqtisadi Təqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qubad İbadoğlu Almaniya Marşalı Fondunun maliyyə dəstəyi ilə həyata keçirilən “Vətəndaş cəmiyyətinin gücləndirilməsinə dəstək” layihəsi çərçivəsində martın 7-dən 12-dək Türkiyədə səfərdə olub. Səfərin əsas məqsədi vətəndaş cəmiyyəti institutlarının maliyyələşdirilməsi, şirkətlərin sosial sərmayə proqramlarının həyata keçirilməsi, onların bizneslə qarşılıqlı əməkdaşlıq sahəsində fəaliyyətlərinə dair Türkiyə fondların və dərnəklərinin təcrübəsi ilə tanışlıq olub. Səfər çərçivəsində Q. İbadoğlu Turkiyənin üçüncü sektora yarıım fondunun (TUSEV) təşkil etdiyi çoxsylı və maraqlı tərəfdaşlarla ikitərəfli görüşlərdə və toplantılarda iştirak edib. Belə ki, Qubad İbadoğlu martın 7-də Turkiyənin üçüncü sektora yarıım fondunda (TUSEV) Fondunun baş katibi Namik Ceyanoğlu və proqramlar üzrə direktoru Başak Ersen, martın 8-də Erginkan Fondunun direktoru İlhan Üttü, Koç Fondunun prezidenti Erdal Yıldıırm və Türkiyə təhsil könüllüləri fondunun baş direktoru Berna Çağatay və Fondun sahə planlşaşma və təşkilatlanma idarəsinin rəisi Ela Hasanoğlu, martın 8-də Sabançı Fondunun baş direktoru Zerrin Koyunsagan və Fondun xarici əlaqələr şöbəsinin rəhbəri Filiz Bikmenlə, eləcə də Türkiyə Təhsil Fondunun baş direktoru Turqut Bozkurtla ilə ğörüşlər keçirib və maraqli müzakiərlər aparıb.
Görüşlər zamanı Fond rəhbrləri təhsil, sağlamlıq və mədəniyyət sahəsind gördükləri xeyriyyə işlərindən və əldə etdiyi nəticələrdən danışblar. Görüşlərdə təşkilatlar arasında qarşılıqlı əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb və bu istiqamətdə önəmli qərarlar qəbul edilib.