Qubad Ibadoğlunun tədqiqatı Beynəlxalq Əlaqələr üzrə Norveç İnstitutunun keçirdiyi müsabiqədə qalib olub
Iqtisadi Tədqiqatlar Mərkəzi (İTM) İdarə Heyətinin sədri Qubad İbadoğlunun Azərbaycan iqtisadiyyatının müasir problemlərinə həsr olunmuş tədqiqat seriyasında hazırladığı siyasət sənədi Beynəlxlaq Əlaqələr üzrə Norveç İnstitutunun (NUPİ) keçirdiyi müsbiqədə seçilmiş 82 tədqiqat arasından ən yaxşı iyirmi beşlikdə olan araşdırma əsərləri nominasiyasının qalibi olub. Bu nominasiyasının qalibi olaraq müəllif 5000 Norveç kronu məbləğində mükafatlandırılacaq. Bu barədə məlumat İTM-in ictimaiyyətlə əlaqələr xidmətindən daxil olub.
Məlumatda bildilir ki, seçilmiş araşdırma əsəri Azərbaycan iqtisadiyyatının müasir durumu, iqtisadi kriminallaşma və gölkə iqtisadiyyatı problemlərinə həsr olunub. Müəllif bu araşdırma əsərində güzgü metodologiyası ilə idxal əməliyyatlarındakı kənarlaşmaların, qeyri-formal iqtisadiyyatın qiymətləndirilməsinin müxtəlif metodları ilə gizli iqtisadiyyatının miqyasi ilə baglı hesablamaların nəticələrini və onun milli iqtisadiyyata neqativ təsirlərinin neytrallaşdıırlması ilə bağlı tövsiyələrini təqdim edir.Qeyd edək ki, NUPİ beyin mərkəzləri və fərdi ekspertlərlə əməkdaşlıq edən tanınmış araşdırma və siyasət mərkəzidir. İnstitut hər il Mərkəzi Asiya və Cənubi Qafqazdan 28 seçilmiş araşdırma layihəsini maliyyələşdirir.