Qubad İbadoğlu Dublində ATƏT-in Forumunda iştirak edib
Tədbir ogurlanmış pulların müəyyənləşdirilməsi və geri qaytarılması məsələlərinin müzakirəsi ilə başa çatıb.
İqtisadi Tədqiqatlar Mərkəzi İdarə Heyətinin üzvü Qubad İbadoğlu aprelin 23-24-də İrlandliyanın paytaxtı Dublin şəhərində ATƏT-in 20-ci İqtisadi-ekoloji forumunda iştirak edib. Qubad İbadoğlunun əməkdaşımıza verdiyi məlumata görə, beynəlxalq Forum ATƏT-ə üzv ölkərdə yaxşı idarəetmənin tətbiqi yolu ilə sabitliyin və təhlükəsizliyin artırılmasına yardım məqsədilə təşkil olunub. Forumun əsas mövzusu “Sosial iqtisadi inkişafın sürətləndirilməsi məqsədilə korrupsiya ilə mübarizənin gücləndirilməsinə və idarəetmənin yaxşılaşdırılmasına dəstək”dir. Dünyanı 60-dək ölkəsindən 250-dək hökümət və qeyri-hökümət nümayəndələrinin, eləcə də aparıci beynəlxalq təşkilatlarının 50-dək təmsilçısının iştirak etdiyi Forumda İrlandiyanın dövlət naziri, ABŞ ticarət nazirinin müavini, Avropa Komissiyasının və ATƏT-in yüksək vəzifəli şəxsləri iştirak edib.
Aprelin 23-də başlayan konfransın ilk günündə korrupsiya mübarizə sahəsində təşəbbüslər, tətbiq olunan beynəlxalq və regional alətlər və nailiyyətlər, eləcə də dövlət büdcəsi vəsaitlərindən rasional istifadə, dövlət idarəedtməsində etik davranış məsələləri müzakirə olunub. Tədbirin ikinci günü korrupsiya ilə hərətərəfli və səmərəli mübarizənin formalaşmasında vətəndaş çəmiyyətinin və işguzar dairələrin iştirakının əhəmiyyəti barədə müzakirələrlə başlayıbş Çıxışlarda korrupsiya ilə mübarizədə vətəndaş cəmiyyətinin əhəmiyyətli rolu dəfələrlə vurğulanıb və bu sahədə yaxşı nümunələr təqdim olunub. Forum dövlətdən korrupsiya yolu ilə ogurlanmış pulların müəyyənləşdirilməsi və geri qaytarılması məsələlərinin müzakirəsi ilə başa çatıb.
Tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Prezident yanında Korrupsiya mübarizə komissiyasının üzvü, millət vəkili Bəxtiyar Əliyev, Xarici İşlər Nazirliyinin “İqtisadi əməkdaşlıq və inkişaf “ departamentinin direktor müavini Hüsniyə Məmmədova və Şəffaflıq Azərbaycan təşkilatının icracı direktoru Rəna Səfərliyevə də iştirak edib.