Düşüncə mərkəzləri Skopyeyə toplaşıblar
Toplantıda açıq hökümət və demokratiya problemləri müzakirə olunub.
Azərbaycanın düşüncə mərkəzlərinin bir qrup nümayəndələri Makedoniya yola düşmüşdur. Azərbaycan nümayəndə heyətinə İctimai Təşəbbüslər Mərkəzinin sədri Qubad İbadoğlu, İnsan Hüquqlari üzrə Maarifləndirmə Mərkəzinin sədri İradə Cavadova, İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov daxildir.
Onlar noyabrin 9-da “Açıq Hökümət, mükəmməl demokratiya” mövzusunda beynəlxalq konfransında, noyabrın 10-da isə üzv olduqları Açıq Cəmiyyət İnstitutları Assosiasiyasının (PASOS) növbəti qurultayında iştirak ediblər. Noyabrın 9-da keçirilmiş beynəlxalq konfransı Makedonsiyanın xarici işlər naziri Nikola Popesku giriş nitqi ilə çıxış etmişdir. Toplantıda ayrıca bir panel Cənubi Qafqazda və Mərkəzi Asiyada düşüncə mərkəzlərinin hökümətin qərarlarının qəbulunda iştirakına həsr olunmuşdur. Vugar Bayramovun moderatorluğu ilə təşkil olunan bu paneldə Avropa Birliyin institutlarının yüksək vəzifəli təmsilçiləri, Balkan ölkələrinin dövlət və qeyri-hökümət nümayəndələrinin iştirak etmişdir. Panel müzakiərləri zamanı Cənubi Qafqazın hər 3 ölkəsində vətəndaş cəmiyyətinin mövcud vəziyyətinə dair çıxışlar dinlənilmişdir. Qubad İbadoğlu çıxışı zamanı Azərbaycanda yerli və xarici QHT-lərin qeydiyyati, regionlarda fəaliyyəti, qərarların qəbulundə iştirakına geniş yer ayırmışdır. QHT-lərin maliyyələşmə problemlərinə dair İrada Cavadova çıxış edərək, Azərbaycanda ildən ilə bu sahədə pisləşən vəziyyət barədə panel iştirakçılarını məlumatlandırmışdır.
Konfransın növbəti günü Açıq Cəmiyyət İnstitutları Assosiasiyasının (PASOS) qurultayı işinə başlamışdır. Qurultayda PASOS-un icraçı direktoru hesabatla çıxış etmiş və İdarə Heyətinə yeni üzvlər seçilmişdir. Yeri gəlmişkən qeyd edək ki, Vuqar Bayramov artiq ötən ildən bu nüfuzlu beynəlxalq qurumun İdarə Heyətində təmsil olunur. Qurultaydan sonra təşkil olunan müzakirələr zamanı Şərq Tərəfdaşlıq Proqramının Vətəndaş Cəmiyyəti Forumunun (VCF) İdarə Heyətinin həmsədri Ceff Lovitt, İdarə Heyətinin üzvləri Vuqar Bayramov və Qubad İbadoğlu PASOS-la VCF arasında əməkdaşlıq imkanlarından və perspektivlərinə dair çıxışlar etmişdir.