"Tanıtım” rubrikasının qalibləri məlum oldu
İqtisadi Tədqiqatlar Mərkəzi özünü rəsmi facebook səhifəsində ( www.facebook.com/economicresearchcenter) Noyabır ayının 2-də “ Tanıtım” adlı rubrikaya start vermişdi və öncədən qeyd olunduğu kimi son gün Noyabır ayının 30-na təyin edilib.
Bu rubrikanın əsas məqsədi facebook səhifəsində üzvlər arasında iqtisadi bilikləri artırmaqla yanaşı I-ci və II yerlərin qaliblərin həm facebook və həm də İqtisadi Tədqiqatlar Mərkəzinin institutsional web səhifəsində tanıtmaqdır. Onların qısa bioqrafiyaları və foto şəkilləri hər iki səhifəmizdə tezliklə yerləşdiriləcək. Qaliblər qoyulmuş suallara ən tez və düzgün cavab vermə prinsipi əsasında seçilib.
Beləliklə, bu gün rubrikanın sonuncu günü idi və qaliblərin adları artıq məlumdur. Birinci yerin sahibi – Vahid Şirinov, ikinci yerin sahibi isə Emin Şirinov oldu. Daha ətraflı məlumat PDF fayılda yerləşdirilmişdir. Aşağıdakı linkə baxmaqla bu rubrikada iştiak edənlərin, verilmiş sualların və eyni zamanda düzgün cavabların siyahısı ilə tanış ola bilərsiz.
Bir daha qeyd edək ki, qaliblərlə baqlı ətraflı məlumat irəlidəki günlərdə veriləcək.