Qubad İbadoğlu Vyanada ofşor zonalara çıxarılan Azərbaycan mənşəli sərmayələrdən danışıb.
Iqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Qubad İbadoğlu Avstriyanın Beynəlxalq Dialoqlar üzrə Vyana İnstitutunun (BDVİ) dəvəti ilə həmin ölkədən səfərdən qayıdıb. BDVİ-nin xarici ekpertlərə dəvət edərək təşkil etdiyi müzakirələrə Qubad İbadoğlu ilə yanaşı ABŞ-dan Ədalətli Vergi Şəbəkəsi Təşkilatının yaradıcısı və məşhur ofşor zonalarda yatırılan səmayə hesabatının müəllifi James Henry, Hollandiyanın Utreçt Universitetinin professor Brigitte Unger də qatılıb. Müzakirələrdə əsas mövzu çirkli pulların yuyulması, vergi cinayətləri və korrupsiya olub. Müzakirələr 2 gün iyunun 4 və 5-də davam edib. Birinci gün Avstriyanın dövlət orqanlarının, parlamentinin, biznes icmasının, beynəlxalq və yerli təşkilatlarınin təmsilçilərinin , siyasətçilərini və jurnalistlərinin iştirakı ilə açıq müzakirə təşkil olunub. Müzakirədə 100-dək iştirakçı olub. Qubad İbadoğlu çıxışı zamanı Azərbaycanda iqtisadi və siyasi durum, vətəndaş cəmiyyətinin vəziyyəti, QHT-lərin şəffaflıq və anti-korrupsiya təşəbbüslərində iştirakı ilə bağlı çıxış edib. Müzakirə zamanı basilica diqqət Azərbaycanda gözlənilən president seçkiləri ərəfəsində yaranmış situasiya, ölkədə siyasi korrupsiyanın səviyyəsi, offşor zonalarda yatırılan Azərbaycan mənşəli sərmayənin mənbələri və eyni zamanda gizli iqtisadiyyatın səviyyəsinə olub. Qubad İbadoğlu çıxışında ölkədə gizli iqtisadiyyatın səviyyəsi, korrupsiyanın miqyasi ilə neft gəlilərinin artım səviyyəsi arasında düz mütənasiblıyin mövcudluğunu sübut edən dəlillər və sübutlar təqdim edib. Çıxışında hazırkı vəziyyətin yaranmasını vətəndaş cəmiyyətinin inkişafına maneələrlə, qərarların qəbulunda ictimai iştirakçılığın olmaması, opponent institutların inkişafının əngəllənməsi ilə izah edən Qubad İbadoğlu eyni zamanda şəffaflıq təşəbbüslərinində bu səbəbdən də ciddi səmərə vermədiyini qyed edib.
Səfər çərçivəsində Avstriyanın aparıcı mətbuat orqanlarına müsahibələr verən Qubad İbadoğlu radioda da çıxışlar edib.