Gəncə şəhərində “İctimai Maliyyənin idarəedilməsi və ictimai iştirakçılıq" mövzusunda seminar keçirilib
10 iyul 2013-cü ilə Gəncə şəhərində Sahibkarlığın inkişafına və Bazar İqtisadiyyatına Yardım Fondunun Avropa İttifaqının maliyyə dəstəyi ilə “İctimai Maliyyənin idarəedilməsi və ictimai iştirakçılıq" mövzusunda seminar keçirilib. Seminarda Gəncə-Qazax iqtisadi regionunu təmsil edən 20-dək aparıcı QHT və media təmsilçiləri iştirak edib. İştirakçılarının əkəriyyətini gənclər və qadınlar təşkil etdiyi seminarda giriş sözü ilə çıxış edən layihənin əlaqələndiricisi Sahibkarlığın inkişafına və Bazar İqtisadiyyatına Yardım Fondunun prezidenti Sabit Bağırov layihənin məqsədlərindən və seminarın qarşısında duran vəzifələrdən danışıb. O qeyd edib ki, ictimai vəsaitlərin üzərində nəzarət vətəndaş cəmiyyətinin əsas funksiyalarından biridir. Bu işin regionun üçün əhəmiyytini xüsusi qeyd edən Sabit Bağırov onun səmərəliliyini həm də vətəndaşların bu barədə məlumatlılıq səviyyəsi ilə izah edib. Bundan sonra “İctimai maliyyə institutları onların büdcə prosesində rolu və bu prosesdə ictimai iştirakçılıq imkanları” mövzusunda təqdimatla çıxış edən layihənin eksperti, İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü seminar işrirakçılarına öncə ictimai maliyyə və büdcə sistemi barədə məlumat verib. O təqimat zamanı dövlət maliyyəsinin mahiyyəti, dövlət maliyyənsiin idarəolunması, ona nəzarət edən təşkilatlar və onun funksiyaları, büdcə və onun icrasına nəzarət prosesində ictimai iştirakçılıq formaları və əməkdaşlıq imkanları barədə geniş izahatlar verib. Sonra iştirakçılar reginal səviyyədə ictimai maliyyə institutları ilə vətəndaş cəmiyyəti arasında dialoğun təşkili imkanlarından və bu sahədə qarşıalaşdıqları çətinliklərdən bəhs ediblər. Bu zaman ən ciddi çətinliklərin regional büdcə məlumatlarına çıxış problemi olduğu qeyd olunub. Bunu nəzərə alaraq regionla bağlı büdcə məlumatlarının mərkəzi səviyyədə toplanması və regionda bu təlim iştirakçıları ilə bölüşdürülməsi qərara alınıb.