İqtisadi Tədqiqatlar Mərkəzi “VI Qara Dəniz QHT Forumun” da təmsil olunub
İqtisadi Tədqiqatlar Mərkəzinin xarici əlaqələr üzrə məsul şəxsi Ramil Kazimov sentyabırın 4-6 da Buxarestdə keçirilən “VI Qara Dəniz QHT Forumun”da iştirak edib. Bu dəfəki Forum “ Davamlı və Effektiv regional əməkdaşlığın qurulması” adı altında təşkil olunub. Tədbirin məqsədi Qara Dəniz regionun təmsil edən vətəndaş cəmiyyəti təşkilatları, hökumət və beynəlxalq təşkilatları arasında debat, bilik, qarşılıqlı anlaşma, rabitə və əməkdaşlığa dair sərbəst mühit yaratmaqdır. Bu Forum Avropa Komisiyası və Rumuniya Xarici İşlər Nazirliyinin maliyyə dəstəyi ilə təşkil olunub.
Ramil Kazimov Forum çərçivəsində təşkil olunan yerli idarəetmə ilə bağlı müzakirələrə qatılıb. Qrupda Rumuniya və Gürcüstan təcrübəsinin yerli idarəetmə ilə bağlı təqdimatından sonra geniş müzakirələr başlanıb. Müzakirələrdə səhiyyə, təhsil, bələdiyyələr və əsasən də korrupsiya ilə bağlı məsələlərə toxunulub. Azərbaycana gəlincə, ölkədə səhiyyə, təhsil sistemində köklü islahatların keçirilməsi və eyni zamanda infrastruktur layihələrində korrupsiya kimi faktorların aradan qaldırılmasının əhəmiyyətinə diqqət çəkilib.
Bundan əlavə, Ramil Kazimov “İstanbul Prinsiplərinin Vətəndaş Cəmiyyəti Təşkilatlarının Effektiv İnkişafında rolu” mövzusunda təşkil olunan panel müzakirələrdə də iştirak edib. Müzakirələrdə insan haqları və sosial ədalət, gender bərabərliyi, ətraf mühitin qorunmasının təbliği, şəffaflıq və hesabatlılığın artırılması, tərəfdaşlıq, biliklərin paylaşılması və digər məsələlərə toxunulub.
İTM İctimai Əlaqələr üzrə Departamenti