İqtisadi Tədqiqatlar Mərkəzinin sədri Tbilisidə Avropa Komissiyasının tədbirində iştirak edib
Sentyabrın 5-6-da Avropa Komissiyasının təşkilatçılığı ilə “Avropa qonşuluq siyasətində vətəndaş cəmiyyəti şəbəkəsi” tədbiri keçirilib. Tədbir Avropa İttifaqının maliyyələşdirdiyi “Vətəndaş cəmiyyəti. İnkişaf üçün dialoq” layihəsi tərəşdaşlığı çərçivəsində təşkil olunub.
Tədbirə Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Belarus və Moldovadan olan vətəndaş cəmiyyətlərinin 100-ə yaxın nümayəndəsi qatılıb. İkigünlük tədbirdə Azərbaycandan Avropa İttifaqının Azərbaycan nümayəndəliyi, “Oxfam-Azərbaycan”, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu, İqtisadi və Sosial İnkişaf Mərkəzi, Qadın Problemləri Tədqiqat Mərkəzi və İqtisadi Tədqiqatlar Mərkəzinin nümayəndələri iştirak edib.
Tədbirdə İqtisadi Tədqiqatlar Mərkəzini İdarə Heyətinin sədri Qalib Toğrul təmsil edib. Tədbirdə əvvəlcə ölkələr sessiya təşkil olunub. Məqsəd həyata keçirilən layihələr çərçivəsində uğur və problemləri aşkara çıxarmaq olub. Daha sonra “xarici donorların rolu”, “yerli hakimiyyətlərin cəmiyyətin inkişafına töhfəsi”, “Vətəndaş cəmiyyətinə inam”, “Vəkillik” və digər mövzularda 7 panel təşkil olunub. Hər bir paneldə aparılan müzakirələrdən sonra nəticələr təqdim olunub və birlikdə müzakirə edilib.
Tədbir çərçivəsində sərgidə keçirilib. Məqsəd “Vətəndaş cəmiyyəti. İnkişaf üçün dialoq” layihəsindən maliyyələşən təşlkilatların gördükləri işləri təqdim etmək və təcrübə mübadiləsi aparmaq olub.
Tədbirin sonunda nəticələr və gözləntilər barədə geniş müzakirələr aparılıb, vətəndaş cəmiyyəti təşkilatlarının möhkəmləndirilməsi ilə bağlı təkliflər səsləndirilib.