İTM ekspertləri Qırğızıstanın dövlət və qeyri-dövlət orqanlarına büdcə mövzusunda təlim keçib
İqtisadi Tədqiqatlar Mərkəzininin İdarə Heyətinin üzvləri və Milli Büdcə Qrupunun ekspertləri Qubad İbadoğlu və Fuat Rəsulov bu ölkədə dövlət büdcəsinin idarəedilməsi sferasında islahatların aparılmasına dəstək vermək üçün sentyabrın 12-dən 15-dək BMT İnkişaf Proqramının dəvəti ilə Bişkekdə səfərdə olublar. Səfərin əsas məqsədi büdcə işi üzrə ixtisaslaşmış yerli ekspertlər üçün proqram büdcəsinin tərtibatı ve mrtodologiyası mövzusuna dair təlimlər keçmək olub. İlk təlimə Qırğızıstanın dövlət orqanlarını, parlamentin və hesablama palatasını təmsil edən, eləcədə ayrı-ayrı nazirliklərdə büdcə işinə rəhbərlik edən 55 nəfər dövlət məmuru cəlb olunub. Təmsil etdikləri dövlət orqanlarında büdcə işi üzrə ixtisaslaşmış təlim iştirakçıları arasında Maliyyə Nazirliyinin büdcə baş idarəsinin rəisi ilə yanaşıı sektor müdirləri, Hesablama Palatasının auditorları, ayrı-ayrı nazirliklərin maliyyə idarələrinin rəhbərləri, parlamentın büdcə komitəsinin üzvləri də olub. Onlara təlim zamanı proqram büdcəsinin təsnifatının konseptual, metodiki və texniki tərəfləri tədris olunub və mütəxəssislərlə birlikdə praktiki problemlər müzakirə edilib.
Bununla yanaşı büdcə işi sahəsində ixtisaslaşmış qeyri-hökümət təşkilatları üçün də eyni mövzuda təlimlər keçən İTM ekspertlərİ həmçinin yerli ekspertlərin hazırladıqları 2014-cü ilin dövlət büdcəsinin ekspertiza sənədlərinin müzakirəsini keçirmiş və onların təkmilləşdirilməsi üçün təkliflər veriblər.
İTM ekspertləri Qırğızıstanda büdcə işi sahəsindəki islahatlara davamlı dəstək göstərmək üçün noyabr ayında yenidən bu ölkəyə səfər edəcəklər. Növbəti səfərin basilica məqsədi Maliyyə Nazirliyinin mütəxəssislərinə büdcənin proqram təsnifatl ilə bağlı məsləhətlər vermək olacaq.