Qubad İbadoğlu Naxçıvanda sahibkarlarla müzakirələr aparıb
ATƏT-in Bakı Ofisinin İqtisadiyyat və ətraf mühit şöbəsinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasında sahibkarların imkanlarının artırılmasına dəstək” semnarları keçirilir. İlk belə 2 günlük seminar oktyabrın 24-də başlayıb. Semnarların keçirilməsində məqsədi iqtisadi inkişafa kömək etmək və Naxçıvan Muxtar Respublikasındakı (NMR) kiçik və orta müəssisələr üçün sağlam biznesi mümkünləşdirən mühit yetişdirməkdir. Seminarlar zamanı dövlət orqanları və özəl sektor arasında kiçik və orta müəssisələrə yönəlmiş dialoqu inkişaf etdirməyə və sahibkarları praktik alətlərlə təmin etməyə çalışılacaq.
Seminarın birinci günündə İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü Qubad İbadoğlu “Yeni biznesin yaradılması və idarə edilməsində sahəsində imkan və cətinliklər” mövzusunda təqdimat edib. İki saatlıq təqdimat və müzakirələr zamanı bu sahədə qanunvericilik imkanları, sahibkarların fəaliyyətinə müdaxilələrin azalması, çətinliklərin aradan qaldırılması yolları müzakirə edilib.
Sahibkarlar müzakirələr zamanı xüsusi fəallıq nümayiş etdiriblər. Təqdimat dialoq və interaktiv ünsiyyət şəklində keçib.
Qeyd edək ki, seminarda İqtisadi inkişaf, Vergilər nazirliklərinin, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının, Naxçıvan Muxtar Respublikasının icra hakimiyyəti orqanlarının nümayəndələri, beynəlxalq təşkilatların ekspertləri, yerli mütəxəssislər və sahibkarlar iştirak ediblər.
Oktyabrın 25-də ilk seminarın ilk hissəsinə yekun vurulacaq, bu silsilədən növbəti 3 günlük seminar noyabrın 6-7-8-də keçiriləcək.