İqtisadi Tədqiqatlar Mərkəzi Qış təcrübə proqramı elan edir
Ali məktəblərin bakalavr və magistrlərinə öz iqtisadi biliklərini təcrübədə tətbiq etməyə, elmi-tədqiqat və peşəkar bacarıqlarını inkişaf etdirməyə imkan yaradan proqrama seçim iki vəzifə - Xarici əlaqələr və Tədqiqatçı mütəxəssis üzrə aparılır.
Xaricdə yaşayan tələbələr də bu proqrama müraciət edə bilərlər, lakin bütün xərclər onların özləri tərəfindən qarşılanmalıdır.
Qış təcrübə proqramı 15 yanvar 2014- 15 fevral 2014-cü il müddətini əhatə edəcək. Proqramda iştiraka görə ödəniş nəzərdə tutulmayıb.
Təcrübə proqramında iştirak etmək istəyənlər aşağıdakı tələblərə cavab verməlidirlər:
Xarici əlaqələr
Yüksək kommunikasiya bacarığı;
İngilis və Azərbaycan dillərini əla səviyyədə bilmək (oxuma, yazma və şifahi danışıq);
Microsoft office proqramlarında işləmək bacarığı;
Komandada işləmək bacarığı.
Jurnalistika, beynəlxalq əlaqələr, dövlət siyasəti, kommunikasiya, media və marketinq proqramları istiqamətində çalışan tələbələrə üstünlük veriləcək.
Tədqiqatçı mütəxəssis
• Yaxşı yazı bacarığı;
• İqtisadi təhlil,statistika,audit və mühasibatlıqla bağlı biliklərə malik olmaq;
• Microsoft office proqramlarında işləmək bacarığı;
• Komandada işləmək bacarığı.
Audit və mühasibatlıq, biznes, dövlət və bələdiyyə adminstratsiyası, o cümlədən statistik məlumatların emalı proqramları (SPSS) sahəsində biliklərinə malik olan tələbələrə üstünlük veriləcək.
Müraciət edənlərdən aşağıdakı sənədlər tələb olunur:
• Tərcümeyi-hal (CV);
• Motivasiya yazısı (maksimum 1000 söz);
• Tələbə biletinin surəti.
Son müraciət tarixi: 1 yanvar 2014-cü il.
Tələb olunan sənədləri bu ünvana göndərməyiniz xahiş olunur: ramil.erc@gmail.com