Ləcət Bələdiyyəsində ağacəkmə aksiyası keçirilib
İqtisadi Tədqiqatlar Mərkəzi İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Bələdiyyələrin ətraf mühitin mühafizəsində rolunun gücləndirilməsi" layihəsi çərçivəsində Xaçmaz rayon Ləcət kəndində 12 iyun 2014-cü il tarixdə ağacəkmə aksiyası keçirib.
Ləcət kənd tam orta məktəbin həyətində təşkil olunmuş aksiyada 100 ədəd şam ağacı əkilmiş və suvarılmışdı. Ağacəkmə aksiyasında Ləcət kənd icra nümayəndəsi Y. Xanmədov, Ləcət kənd bələdiyyə sədri əvəzi A. Xanmətov, Ləcət kənd tam orta məktəbin direktoru M. Xanmədova, layihə rəhbəri V. Məhərrəmov, İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti R. İmanov, bələdiyyə fəalları, yerli əhali, məktəbin müəllim kollektivi və məktəb şagirdləri olmaqla ümumilikdə 40 nəfər iştirak etmişdir.
Əlavə məlumat üçün layihənin əlaqələndiricisi Vahid Məhərrəmovla əlaqə saxlamaq olar.
Tel.: 564-86-85, e-mail: office@erc.az, vahid.58@mail.ru
İTM İctimaiyyətlə əlaqələr departamenti