Vergi Məcəlləsinə son dəyişikliklər müzakirə olunub
Vergi Məcəlləsinə son dəyişikliklər müzakirə olunub
İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul “İqtisadi Forum” internet televiziyasında 1 yanvar 2017-ci il tarixinə Vergi Məcəlləsinə edilmiş dəyişiklikləri şərh edib. Tanınmış iqtisadçı Sabit Bağırovun moderatorluğu ilə baş tutan verilişdə ən aktual dəyişikliklər müzakirə olunub, hər bir istiqamət üzrə sahibkarlara məsləhətlər verilib. Qalib Toğrul Vergi Məcəlləsinə 201 dəyişiklik edildiyini, 115 yeni maddə əlavə olunduğunu, 83 maddəyə dəyişiklik həyata keçirildiyini, 3 maddənin isə ləğv olunduğunu bildirib. Onun sözlərinə görə, 123 maddə vergi inzibatçılığının, o cümlədən vergi uçotunun təkmilləşdirilməsi və şəffaflaşdırılması, 34 maddə vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi, 8 maddə isə vergi yükünün azaldılması və ya vergi güzəştləri və vergidən azadolmalarla bağlıdır.
Verilişi tam şəkildə https://www.youtube.com/watch?v=Sd_Ip46i1Pg&;t=1737s linkindən izləmək mümkündür.