Antiinhisar siyasətinin təkmilləşdirilməsilə bağlı jurnalistlərə təlim keçilib
20 sentyabr 2017-ci ildə Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun Beynәlxalq Özәl Sahibkarıq Mәrkәzi nin (Center for İnternational Private Enterprise ‑ CIPE) maliyyə dətəyilə həyata keçirdiyi layihə çərçivəsində İqtisadi Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Qalib Toğrul iqtisadi mövzularda yazan jurnalistlərə “Antiinhisar və rəqabətin qorunması dövlət siyasətinin səmərəliliyinin artırılması” mövzusunda təlim keçib.
Təlimdə Azərbaycanda dövlət antiinhisar siyasətinin özəllikləri, sağlam rəqabətin təmin olunması ilə bağlı dövlət siyasətinin gücləndirilməsi, ABŞ, Rusiya, Türkiyə və Avropa ölkələrinin bu sahədəki təcrübələri konkret nümunələr üzərində nəzərdən keçirilib.
Təlimçi jurnalsitlərin bu mövzudakı suallarını cavablandırıb və rəqabətlə bağlı araşdırmalar aparan jurnalistlərə öz tövsiyələrini verib.
Təlimdə “Yenichag.az”, “İstiqlal.az”, “Turan” və digər mətbu orqanlardan jurnalsitlər iştirak edib.